“Zoom” xidmətinin işində qüsurlar yaranıb
“Zoom” videokonfrans xidmətinin işində qüsurlar yaranıb.Trend-in məlumatına görə, faktı “Zoom Video Communications” şirkəti də təsdiq edib.
Qeyd olunub ki, şikayətçilər şirkətə müraciət edərək “Zoom” vasitəsilə videokonfransları işə sala və ya konfransa qoşula bilmədiyini yazıb.
Hazırda qüsurların aradan qaldırılması üçün iş aparılır.
Qeyd edək ki, “Zoom” xidməti koronavirus pandemiyası dövründə xüsusi populyarlıq qazanıb.