ManşetSiyasətXəbər xətti

Heç bir vəzifəli şəxs qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz – Cəsarət Hüseynzadə

“Qanunlar hər bir şəxs üçün eyni qüvvəyə malik olmalıdır. Firkimcə, tanınmış və vəzifəli şəxslər qanunların tələblərinə daha da ciddi formada riayyət etməldirlər.”Bu fikirləri  “QHT.az” saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib.

Cəsarət Hüseynzadə qeyd edir ki, pandemiya şəraitində dünya ölkələrində olduğu kimi, Azərbaycan da bu çağırılmamış “qonağ”ın  gəlişindən ciddi formada iqtisadi zərər görülüb: “Bütün bu iqtisadi itkilərə baxmayaraq, Cənab prezident İlham Əliyev tərəfindən əsas amil kimi ölkə vətəndaşlarının sağlamlığı olduğu dəfələrlə vurğulanıb və bununla bağlı dövlət qurumlarına ciddi tapşırıqlar verilib. Pndemiyanın yaratdığı fəsadları aradan qaldırmaq və vətəndaşalara dəstək məqsədi ilə dövlət büdcəsindən milyardlarla vəsait ayrılıb. Təkcə vətəndaşlara sosial yardım kimi 333 milyon manat birdəfəlik yardım edilib. Dövlət tərəfindən atılan bu addımlarla bərabər,eyni zamanda COVİD 19 virusunun idarəolunan səviyyədə saxlanılması üçün müvafiq qaydalar qoyulub.

Azərbaycan hökuməti müxtəlif qaydaları tətbiq edən zaman ölkə əhalisinin maraqlarını və ölkənin gələcəyini düşünüərək, hər addımı dəfələrlər düşünərək atır. Belə halda kimlərinsə bu qaydaları pozması yolverilməzdir. Cənab prezident də dəfələrlə bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, hansısa şəxslərin məsuliyyətsiz davranışına yol vermək olmaz.

Çox təəsüflə qeyd etmək lazımdır ki, son bir neçə gündə bəzi vəzifəli və tanınmış şəxslərin  toy, nişan və ad günləri təşkil etməsilə bağlı müxtəlif məlumatlar yayılıb. Bu kimi halların baş verməsi cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.”

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri bildirir ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün olması qəbuledilə bilməz: “Cənab prezident dəfələlrə vurğulayıb ki, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Biz mütəmadi olaraq izləyirik ki, bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Cənab prezident tərəfindən göstərilən bu siyasi iradədən çıxış edərək hər bir şəxs bilməldir ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir.

Hər bir vətəndaş anlamalıdır ki, koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim  şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.”

“Bu reallığı hamıdan çox bəzi akademiklər, digər vəzifəli şəxslər bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. Çox təəsüf hissi ilə qeyd edirəm ki, cəmiyyət həmin şəxslərdən nümünəvi davranış gözlədiyi halda, onların bu məsuliyyətsiz davranışı insanlarda haqlı narazılıq yaradıb. Müvafiq qurumlar tərəfindən də vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, karantin qaydalarını pozan hər bir şəxsə adekvat cəza tədbiri görülməkdədir.”