Zahid Oruc:Azərbaycan dövlətinin siyasi siması məhz qanunçuluq, hesabatlılıq və şəffaflıqdır…
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc son olaylar haqqında danışarkən ilk növbədə yaşadığımız dövrün xüsusiyyətlərinə və başlıca tələblərinə diqət çəkməyə çalışıb.O qeyd edib ki, biz ölkə rəhbərinin dilindən pandemiyaya münasibətdə, “müharibə” kəlməsi ilə qiymət verildiyinin şahidi olmuşuq.Bu o deməkdir ki, silahlı əməliyyatlarda olduğu kimi, hazırki şəraitdə də Ali Baş komandanın qərarı və iradəsi bütün siyasi komandası üzərində mütləq gücə malikdir.
Komitə sədrinin fikrincə, son iki ildə aparılan islahatlar göstərdi ki, prezidentə səs verən insanların sayı-bir partiyanın, məmur və hökümət üzvlərinin məcmusundan qat-qat çoxdur və təkcə bu fakt onu ümumxalq liderinə çevirir, konkret bir qüvvə, təşkilatın fövqünə qaldırır.
Zahid Oruc xüsusi vurğulayıb ki, ona görə də istər icra hakimiyyəti, istərsə də digər strukturların rəhbərlərinin həbsə məruz qalmasından sonra çıxarılmalı nəticə budur ki, ən böyük cəza prezidentin etibarını itirməkdir.Ölkə başçısının yeni hakimiyyət quruculuğu kursu dönməz prosesdir və pandemiyadan sonrakı Azərbaycan dövlətinin siyasi siması məhz qanunçuluq, hesabatlılıq və şəffaflıq kimi ali dəyərlərdən ibarət olacağına inam hər gün daha da artır.Tarix sübut edir ki, bütün sağlam milli ideologiyalar o vaxt qalıcı olur ki, hüquq etalon olsun.
Qanunlardan qazanan cəmiyyətdə imtiyazlardan bəhrələnməyə yer və düşüncə qalmır.