“Heç bir akdemikin statusu qanundan üstün ola bilməz!”
Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Qanundan kənar çıxanlar kimliyindən aslı olmayaraq, həm hüququ məsuliyyət daşıyır, həm də mənəvi məsuliyyət daşıylarlar və qanunu pozanlar çox ciddi qınanmalı, qanunun aliliyinin təmin edilməsi tələb olunmalıdır!”
Bu açıqlamanı Aktor.Az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin siyasi rəhbəri İlham Əliyevin koronavirusla mübarizədə apardığı uğurlu mübarizəyə kimsə gölkə sala bilməz:” Bu günə qədər Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tuan xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib.Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Və biz bunun hər gün şahidi oluruq.”
Niyaməddin Orduxanlının sözlərinə görə, bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb:” İki gündür sosial şəbəklərdə qanunu pozan bu şəxslər haqqında haqlı olaraq etiraz edilir və bu şəxslərin qanun pozduğuna dair statuslar yazılır. Biz hər zaman onun şahidi olmuşuq ki, Azərbaycan Prezident cənab İlham Əliyev ölkədə qanunun aliliyinin təminatını həyata keçirdib. Və o qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir.Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır.”
Politoloqun dediyinə görə, koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz:” Kimsə qanundan üstün ola bilməz və bu yolverilməzdir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. Heç bir akademikik statusu qanundan üstün ola bilməz!”