KriminalXəbər xətti

Lotu Qulinin dəfn olunacağı yer məlum oldu

Tanınmış azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) İstanbulda dəfn ediləcək.Bu barədə Haqqin.az-a kriminal avtoritetin qardaşı Müşviq Səlifov məlumat verib.

Məlumata görə, Nadir Səlifovun ailəsi Türkiyədə yaşadığı üçün belə qərar verilib.

Xatırladaq ki, Nadir Səlifov dünən gecə Antalyada yerləşən otellərin birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Azərbaycandan olan “Xan” ləqəbli başqa bir kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçıb, lakin Antalya – Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.