Şura təhsillə bağlı onlayn konfrans keçirəcək
Şura “Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək” mövzusunda onlayn konfrans keçirəcək
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 avqust, saat 12:00-da “Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinliklər və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək” mövzusunda onlayn konfrans (https://us02web.zoom.us/j/85420132332) keçirəcək.
Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, 21-ci Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edəcək.
Şura bütün QHT-ləri və media nümayəndələrini konfransdakı müzakirələrdə fəal iştirak etməyə dəvət edir.