Gürcüstanda qalan daha 119 vətəndaşımızın təxliyəsinə başlandı
Gürcüstandan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir. Trend-in məlumatına görə, artıq növbəti təxliyə prosesi başlayıb.
Bu gün daha 119 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır. Bundan başqa, təxliyə edilənlər arasında Rusiya və Gürcüstan vətəndaşlarının da olduğu bildirilir.
Təxliyə olunacaq şəxslər artıq Tbilisidə COVID-19 testindən keçiriliblər. Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətirilirlər.
Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.