DiasporGündəmManşetSiyasətXəbər xətti

Azərbaycanın Gürcüstanda yeni səfiri təyin edildi

Prezident İlham Əliyev Faiq Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.