“Niyə bu gün Rusiyadan medal-orden alanlar susur?! Prezidentdən sonra ən çox onlar etiraz etməlidir!”
” Avqust ayının 12-də cənab Prezident İlham Əliyev Rusiya prezident Vladimir Putinə zəng edərək 12- 16 avqust tarixində Ermənistan qoşunlarının Azərbaycanın Tovuz rayonunda hərbi müdaxilə etməsini və döyüşlərin başlamasını Azərbaycanın ərazi bütövlüyünə olunan qəsd kimi qeyd edib. Ermənistanın ordusunun apardığı döyüş nəticəsində hərbiçilərimizin, generalımızın və mülki şəxsin həlak olması barədə danışıb. Həmin döyüşlərdə rayonun bır sıra evlərinin dağıldılması faktını və son günlər Ermənistana Kazaxstan, Türkmənistan və İran tərəfi ilə 400 tondan artıq hərbi yükün daşınması Putinin diqqətinə çatdırıb və öz etirazını bildirib. Azərbaycan dövlətinin Rusiya ilə ikirətəfli əməkşdalığının olduğunu xarirladan Prezident İlham Əliyev bununla da Rusiyanın birbaşa Azərbaycan dövlət maraqlarına ziddi addımlar atdığını bildirib. Bütün bunların iki dövlət arasında münasibətlərinə uzlaşmadığını deyib.”Bu açıqlamanı “Moderator.az” saytına BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, Prezidentin bu addımı həm də bütün dünya ictimaiyyətinə onu göstərdi ki, Azərbaycan tam müstəqil dövlətdir və onun siyasi lideri öz dövlət maraqlarını qorumağa qadirdi:” Təbii ki, Azərbaycan xalqı üçün cənab Prezident İlham Əliyevin bu cür çıxışı və etirazı təbii qarşılandı. Biz hər zaman onun şahidi olmuşuq ki, İlham Əliyev milli maraqlarımızın qorunması istiqamətində açıq və net şəkilində mövqeyini ortaya qoyub və onun müdafiəsi üçün hər addimi atmağa hazır olduğunu bəyan edib! Və atıb da! İlham Əliyev hər zaman istər Rusiyanın prezidentinə, istərsə də, Qərb dairlərinə bəyan edib ki, Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci dəfə ermənilər öz dövlətini qursunlar və ərazimiz heç zaman müzakirə pridmeti olmayacaq!”
Niyaməddin Orduxanlının fikirincə, Prezident bu cür kəskin mövqeyindən sonra, Rusiyanın Azərbaycanda “5-ci” kalonu ciddi narahat olmağa başlayıb və susurlar:
“Bilirsiniz, bu gün Azərbaycanda həm Rusiyanın, həm də ABŞ-ın “5-ci” kalonunun olması faktdır. Kimsə, bunu inkar edə bilməz. Mənim üçün Rusiyanın 5-ci kalanoniya ilı, ABŞ-ın 5-ci kalonun heç bir fərqi yoxdur! Bunlar öz maddi maraqları üçün dövlətini və xalqını satmış şəxslərdir! Öz dövlətinin milli maraqalrını hansısa ölkəyə satan şəxsin bir adı var. Vətən xaini! Bu gün hər kəs özin bir mənəvi borcudur ki, öz dövlət maraqlarını məhz cənab Prezident İlham Əliyev kimi qorusun. Və hər kəs Rusiyanın Ermənistana göstərdiyi hərbi yardıma etirazını bildirməlidir. Bilirsiniz ki, bu gün Azərbaycan əhalisinin 90% internet istifadəçisidir . Bu və ya digər formada sosial şəbəkədən istifadə edir. Milyonlarla şəxs facebook şəbəsənin istifadəçisdir və baş vermiş hadisəni daha çox sosial şəbəkə üzərindən izləyirik. Bununla bağlı mənim sosial şəbəkədə etiraz statusum olub. Yazmışam ki, bu gün Prezident İlham Əliyevdən sonra Rusiyanın Ermənistana silah satmasına ən çox Rusiyadan medal-orden alan vətəndaşlarımız, məmurlarımız, incəsənət xadimlərimiz etiraz etməlidir. Niyə susurlar?! Bax, indi sizin sayt vasitəsi ilə həmin şəxslərdən soruşuram: Prezident İlham Əliyev dövlət maraqlarımız üçün Putinə etirazını bildidib! Sizlər kimi gözləyirsiniz?! Niyə etiraz etmirsiniz?! Hanı milli təəssübkeşliyiniz?! və kimdən narahatsınız?!”