ManşetSiyasətXəbər xətti

Ermənilərin Qarabağa köçürülməsi beynəlxalq cinayətdir – Erkin Qədirli

Millət vəkili Erkin Qədirli ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə münasibət bildirib. Aktor.Az onun fikirlərini təqdim edir:

“Ermənistanın ölkəmizin ərazisinə (işğal olunmuş torpaqlara) öz vətəndaşlarını, eləcə də başqa ölkələrdən gələn (gətirilən) erməniləri, köçürməsi beynəlxalq hüququn sıradan pozuntusu deyil. Bu, beynəlxalq cinayətdir. Bu cinayətin təsbiti Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində verilib (maddə 8, hissə 2, bənd (b), alt-bənd (viii)). BCM üzvü olsaydıq, özümüz İttihamçıdan araşdırmanın başlamasını xahiş edə bilərdik. BCM üzvü olmadığımızdan bunu edə bilmərik. Amma BMT TŞ qarşısında bu məsələni qaldıra bilərik. TŞ dünyanın istənilən ölkəsində vəziyyəti BCM-yə göndərə bilər (araşdırmaq üçün). Belə halda, ərazisində beynəlxalq cinayətin törədildiyi güman olunan dövlətin BCM-də üzv olmasına gərək qalmır. Ölkəmizin rəhbərliyi bu fürsəti sınamalıdır, məncə. Üstəlik, orada ölkəmizin yararına başqa imkanlar da acıla bilər”.