GündəmManşetSiyasətXəbər xətti

Sosial Tədqiqatlar Mərkəzi “Hardtalk” verilişinin aparıcısına müraciət ünvanlayıb

Sosial Tədqiqatlar Mərkəzi BBC-nin “Hardtalk” verilişinin aparıcısı Stiven Sakura Ermənistan baş naziri Nikol Paşinyanla müsahibəsinə görə müraciət ünvanlayıb.

REAL xəbər verir ki, müraciətdə bildirilir ki, verilişin aparıcısı obyektiv münasibət göstərərək, Ermənistanın baş nazirinə ölkəsinin Azərbaycan torpaqlarını işğal etməsi, işğal faktını BBC-nin nüfuzlu tribunasında bütün dünyaya çatdırması, Tovuz istiqamətində təxribat törətmələri və bununla da mülki əhalinin həyatına təhlükə yaradaraq beynəlxalq humanitar hüququn prinsiplərini pozması, işğal edilmiş ərazilərin qanunsuz məskunlaşdırıması, Dağlıq

 

 

Qarabağda erməni işğal faktının beynəlxalq təşkilatların qətnamələrində təsdiq edilməsi, Ermənistandan yol çəkilərək, işğal faktını qanuniləşdirməyə cəhd edilməsi, sülh prosesinə böyük zərbə vuraraq, işğal edilən tarixi Azərbaycan şəhərlərinin “Ermənistanındır” sayıqlaması barədə suallar ünvanlayaraq, onun, faktiki isə Ermənistanın destruktiv, işğalçı dövlət siyasətini ifşa edərək, dünya ictimaiyyətinə təqdim edib.

Sosial Tədqiqatlar Mərkəzi qeyd edir ki, erməni baş nazirin tarixi saxtalaşdırmağa cəhd etməsi, rabitəsiz cavabları, sülhə təhlükə yaradan addımları ört-basdır etməyə cəhdi, siyasi keçmişi ilə hazırkı uğursuz rəhbərlik isterikasının fonunda Qarabağ həqiqətlərinə dünyanın diqqətinin cəlb edilməsində Stiven Sakuranın müstəsna rolu var.
Qurum buna görə, aparıcıya azərbaycanlılar adından təşəkkür edir, tarixi ədalətin bərpası yolundakı fəaliyyətlərində uğurlar arzulayır.