Xəbər xətti

Bakı çimərliklərində üzmək qadağan edildi

Bakıdakı çimərliklərə gələnlərə dənizdə üzmək qadağan edildi.Bu barədə Day.az-a paytaxtın çimərliklərindən birində olan vətəndaşlar məlumat verib.

Onların sözlərinə görə, son günlər bir neçə nəfərin dənizdə boğulması ilə əlaqədar Abşeron bölgəsinin bütün çimərliklərində qadağa tətbiq edilib.

Şıxov ərazisində yerləşən otellərin nümayəndələri isə qadağanın hava şəraitinə görə tətbiq olunduğunu qeyd ediblər.