FotoXəbər xətti

Pandemiya dövründə insan alverindən zərər çəkmiş şəxslərlə bağlı təlimlər davam edir – FOTO

Son aylar koronavirus (COVİD-19) Pandemiyasının bütün dünyanın üzləşdiyi qlobal bir problemə çevrilməsi milyonlarla insanın ənənəvi həyat tərzinə təsir etməklə onları dəyişməyə məcbur edib. Bununla yanaşı, insanların sağlamlığına və həyatına təhlükə yaratmağa başlayıb. Xüsusilə bu dövrdə təhsil ocaqlarının bağlanması ( məktəb, baxça və s.), uşaq və gənclərin bir-birindən izolasiyası, onların ünsiyyətlərinin məhdudlaşması və nəticədə özünüizolasiyanın hökm sürdüyü dövrdə psixo-emossional gərginliklərin artması bu istiqamətdə dəstək xidmətinin təkmilləşdirilməsinə ehtiyacın olmasını önə çıxarıb. Həmçinin, bu dövrdə sosial təhlükəli vəziyyətdə olan, yoxsul və problemli ailələrdə yaşayan uşaqlar, müxtəlif sosial xidmət müəssələrini tərk etdikdən sonra müvafiq sosial dayağın və dəstəyin, yaşayış yerinin olmaması, işsizliyin artması, təhsillərini davam etdirə bilməmə və s. bu kimi problemlərlə üzləşirlər. Bu da öz növbəsində onları məcburi əmək, insan alveri, yoxsulluq, işsizlik və kriminal həyata sürükləyir, küçə həyatı sürməyə  sövq edir.

Yuxarıda qeyd edilənlərə əsasən, 2020-ci ilin İyun ayından etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İB Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıqda “İnsan Alverindən Zərər çəkmiş və Zərərçəkməsi Ehtimalı olunan Şəxslərin Müdafiəsi və Sosial Reabilitasiyasına dair Təşəbbüslər Proqramı”nın icrasına başlamışdır.

Layihə çərçivəsində davamlı olaraq Azərbaycanda Koronavirus (COVİD-19) Pandemiyası dövründə uşaq və ailələrin reabilitasiyaya, hüquqi yardıma və sosial dəstək xidmətlərinə cəlb edilməsi və müvafiq olaraq bu xidmətlərlə təmin olunması, göstəriləcək xidmətlər haqqında yerli qurumların məlumatlandırılması, ailələr və uşaqlarla mobil görüşlərin keçirilməsi, online fərdi konsultasiyaların aparılması, uşaqlar və gənclərlə vebinarların təşkilini həyata keçirmək və bunun üçün qarşılıqlı əməkdaşlıq nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd edilən mövzularla yanaşı, bildiyimiz kimi  2019-2020-ci tədris ili ölkənin ali təhsil müəssisələrində qəbul imtahanlarının da başlaması, gənclərimizin öz biliklərini sınaması və təbii ki, artıq abituriyentlərdə imtahan qabağı həyəcan və narahatçılığın da yaranması müşahidə olunur. Təşkilatın Gənclər Evləri ilə əməkdaşlığının gücləndirilməsinə  və gənclərlə əlaqələrin qurulması üçün uşaq və gənclərə  vebinarlar təşkil etməklə, mövzuya dair təqdimatlarla çıxış və sualların cavablandırılmasını həyata keçirməyə sövq edir. Təlimlərin təşkilində əsas məqsəd uşaqların və yeniyetmələrın zehni sağlamlığı, böhran müdaxiləsi sahələrində məlumatlanmaları və COVİD-19 pandemiyası dövründə uşaqlarda və gənclərdə yarana biləcək psixo-emosional problemlərin profilaktikası, COVİD-19-dan sonra psixi sağlamlıq problemləri, sosial-psixoloji reabilitasiya haqqında məlumatlandırmanın aparılmasıdır.