Zahid Oruc əslində nə deyir? – TAR ittifaqı: Azərbaycan rus-türk gücünü necə birləşdirir?
MM üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun Yeni Müsavatdakı “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı” yazısı sosial şəbəkələrdə böyük müzakirə doğurub.
Müzakirə ətrafında mərhum prezident Elçibəyin tərəfdarları, yazıdan xəbərsiz informasiya manipulyasiyasının qurbanı olan sosial şəbəkə istifadəçiləri, özlərini Azərbaycan cəmiyyətinə “türk sevdalı”sı kimi sırımağa çalışanlar, siyasi cameəyə aid olduqlarını iddia edənlər və hər prosesdə olduğu kimi, bulanlıq suda balıq tutmağa çalışan reket saytlar stəkanda tufan fonu yaratmaq üçün dəridən – qabıqdan çıxırlar.
Bəs, STM rəhbəri nə deyir, nə üçün yazdığı məqalə ictimai mediada belə qarşılanır?
Buna görə ən yaxşı cavablardan birini – elmi səviyyəsi və məsələyə obyektiv baxışı ilə seçilən siyasi şərhçi, professor Nazim Cəfərsoy bildirir ki, “Mən Zahid Oruc imzası ilə 3-cü, bəlkə də 4-cü bir yazı daha gözləyirəm. Ümumiyyətlə yazıların sistematigi, bu yazıları orjinalı rusca yazılmış bir yazının müxtəlif parçaları olduğunu işarə edir.
Ayrıca bu aralar başda digər araştırma mərkəzimizin rəhbəri hörmətli diplomatımızın yazı və müsahibələri olmaqla müxtəlif intelektual ve siyasi səxslərin verdiyi mesajları da diqqətlə izləməyi tövsiyə edirəm.
Anlaşılan qlobal, regional və daxili fəallaşmaları nəzərə alan Azərbaycan rəhbərliyi yeni bir geosiyasi tarazlıq axtarışındadır. Hikmət Hacıyevin fəalllaşmasını və yeni xarici işlər naziri təyinatını da bu konketsdə düşünmək lazımdır…”
O daha sonra deyir ki, Zahid Orucun ideyasından önə çıxan TAR ittifaqı (Türkiyə, Azərbaycan, Rusiya birliyi nəzərdə tutulur) regionda hər iki qlobal gücün maraqları ilə uzlaşmaq üçün düsturdur: “Diqqəti cəlb edən bir məqam da əvvəllər əsas istiqamət kimi Rusiyanı görən iqtidar daxili bəzi güc mərkəzləri yeni tarazlıqda prosesə Türkiyənin iştirakına razı olmaq durumunda qalıblar. Ancaq iqtidar daxili bəzi güc mərkəzləri bu iştirakı da Rusiyanın qlobal, regional ve ikili maraqları ilə məhdudlşadırmaq istəyirlər. Bu cür bir uzlaşdırma Azərbaycanda hakimiyyət daxilində müvəqqəti bir tarazlıq yarada bilər, ancaq Azərbaycanın həqiqi milli maraqlarına dair büyük heç bir problemimizi həll edə bilməz. TAR ittifaqı Kremlinin Türkiyənin Qarabağ problemində fəal və real rol almasına mane olmaması və Azərbaycanın Ermənistana qarşı özünümüdafiə hüququnu həyata keçirməsinə mane olmamaması ilə mümkündür. Hələlik gələn işarələr Kremlin rəhbərliyinin buna razı olmadığını göstərir, ancaq diqqətlə baxanda 2016-cı illə müqayisədə Moskvanın Tovuz döyüşləri nümunəsində numayişkaranə iştirakdan qaçındığını bir tərəfə yazmaq lazımdır. Ancaq Moskvada ciddi və çox təsirli bir qrup Kremlinin ənənəvi Azərbaycan və Türkiyə əleydarı mövqeyini təkildə davam etdirmək niyyətindədir. Məncə bu mövqe mübarizəsinin Rusiyada Putin sonrası güc mübarizəsi ilə də yaxından əlaqəsi var.
Digər tərədən regiondaki bu güc tarazlğı axtarışına dair Avropa (həm Avropa Birliyi, həm də Böyük Britaniya-Fransa-Almaniya üçbucağının) İran, xüsusilə də ABŞ və əsasən Gürcüstan üzərindən Qafqaza daxil olan Çinin mövqeyini diqqətlə izləmək lazımdır.
Diqqətli oxucular yəqin hiss etdi ki, sözügedən yazının əsas qayəsi nədir, qısaca xülasəsinə diqqət edək:
- “Rusiya dağılır” deyən həvəskar siyasətçilər, Qərbin, xüsusilə də qrant təşkilatlarının sayəsində ölkələrini – Gürcüstanı, Azərbaycanı Rusiyanın nəhəng zərbəsi altında torpaqlarını itirdi, digər bir bölgədə – çeçen lider Dudayev böyük Rusiya qarşısında aldadılığını başa düşmüş, bu oyunda bircə uduşlu çıxan tərəf vardı – o da Ermənistan;
- Və yazı müəllifi Şevanın sözü ilə təsdiq edir ki, Göründüyü kimi, Bakını antimoskva poliqonuna çevirmək xəyalları o zaman baş verir ki, nəinki Qarabağ ətrafında silsilə məğlubiyyətlər davam edir, eləcə də Vaşinqtonun, Brüssel və Tehranın bölgə ilə bağlı siyasətində açıq-aşkar möhtəkirlik, “proxy” müharibə elementləri özünü göstərir, lakin məhəlli siyasət mühəndisləri, Şərq nağılları ilə silahlanmış cəbhəkratiyamız “Qafqaz konfederasiyası quraraq” müasir Paskeviçlərdən qisas alacaqlarını zənn edirlər. Ona görə Şevardnadze “Heydər Əliyevdən sonra məsləhətləşməyə kimsə qalmadı”, – deyir.
- Digər bir hissədə Elçibəy hakimiyyətinin qərb dilinə aldandığını, hətta qərbin ordusunu neft əvəzi Cıdır düzünə aparacağına sadəlövhcəsinə inanmasını tənqid edir, çünki Bəy təkcə prezident deyil, həm də tarixçi idi ki, 1918-ci ildə yaşananları bilməli idi.
- Yeltsinin şənin əvvəlcə badə qaldıran “demokratlarımız” sonradan səhvlərini başa düşəndə gec idi və yaxın qonşuluqda Nazarbayev təcrübədən dövlət qururdu – həm də Çinlə Rusiyanın yanında.
- Məhz ona görə də Ermənistan son yüz ildə yalnız Rusiya ilə tarixi birlik, dini ortaqlıq və eyni hərbi strategiyaya tabeçilik (NATO-ya qarşı) hesabına rus əsgərini Qafqazlarda dövlətçiliyinin güclü sipərinə çevirməyi bacardı, “tarixi düşmən” adlandırdığı Azərbaycan və Türkiyənin zərbəsindən qorunmağın yolunu tapdı.
- Məhz elə bir məqamda Heydər Əliyev uzaqgörənliyi ilə 1997-ci ildə Rusiyanı ostluq, əməkdaşlıq və təhlükəsizlik sazişi imzalamağa məcbur etdi.
- İlham Əliyev dövrü ilə bağlı müəllif bildirir ki, O, rus elitası ilə sıx birliyə nail oldu, Tiflisdə yanan sorosun dağıdıcı inqilab alovunu Rusiya və İrana keçməsini əngəllədi, heç bir münaqişə yaratmadan Qəbələ RLS-ni həll etdi, 2010-cu ildə son 300 ildə heç bir dövlətin etmədiyini – Rusiya ilə sərhəddi delimktasiya etdi, Xəzərdə ortaq razılıq tapdı, nəticədə Tovuz döyüşlərində tarxidə ilk dəfə rus elitasının neytrallığına, bəzi hallarda açıq simpatiyasına nail oldu.
- Nəhayət, son 300 ildə müharibələr etmiş rus-türk qarşıdurmasına – 2015-ci ildə daxil olan Azərbaycan şəxsi nüfuz istifadə edərək, SU 24 məsələsini həll etdi, tərəfləri barışdırdı, nəticədə iki gücün birgə addımı nəticəsində qlobal güc meydana çıxdı – türklər Sibirə qədər Rusiyanı tikir.
- Türksoy, mavi axın- türk axını layihələri, Suriyada PKK-a qarşı birgə mübarizə, S-400 müqavilələri, Akkuyu, – hamısı iki gücün birgə məhsuludur. İndi qalır bircə Qafqazda razılaşmaq.
Müəllif deyir ki, Ağ Evin Cənubi Qafqaz kursunun prinsiplərinin qeyri-müəyyəndir, Türkiyə 90-lardakı kimi zəif deyil, İrəvanda isə ayrı bir hakimiyyət (Antirus) var, Lakin artıq Ermənistan Rusiya maraqlarının qoruyucusu kimi çıxış etmir, əksinə, təhülkə törədir. İrəvanın dostu Moskvanın müttəfiqi, yaxud düşməni rəqibi deyil.
Azərbaycanın müstəqil siyasəti onun təhülkəsizlik qurşağıdır. Rusiya son 200 ildə müxtəlif formalı quruluşlardan, formasiyalardan və qanlı inqilabi proseslərdən keçmələrinə rəğmən, həm də Azərbaycanla keçmişin ağır mirasını dəfn etmək üçün ermənilərin qorxulu röya kimi xatırladıqları “Koltso əməliyyatı”, yaxud rus oğullarının Qarabağda azərbaycanlılarla çiyin-çiyinə şəhid olmağa qalxdığı şərəfli tarixi gələcəyə daşıya bilər.
Ən əsası, erməni ideoloqlarının daim istismar etdiyi qiymətli arxivləri aça bilər. Göründüyü kimi, Qafqazda regional təhlükəsizlik sistemi 3 dövlətdən – Rusiya, Azərbaycan və Türkiyədən asılıdır.
Və o açar söz: Onlarla tel bizi Moskva ilə də birləşdirir. Bu resursları bir yerə yığmaq gərəkdir. Sarkisyan aprel döyüşlərindən sonra daha çox “rus silahı”ndan ölməyə ağrıyırdı. Yeni yaranan siyasi üçbucaq – Türkiyə, Azərbaycan, Rusiya vahid səngəri sərhəddə son toqquşmaya, həm də toqquşmaların sərhədi kimi baxmağa imkan verir. TAR ittifaqı! Azərbaycan özünün geosiyasi missiyasına görə mərkəzdədir. Musiqidə, orduda, döyüşdə triada. Hansi dilə tərcümə etsən, dəyişmir!
Yazı haqda bu qədər.
İndi sözügedən yazı niyə bu qədər “əlehdar” yığır və bunlar kimlərdir?
Sosial şəbəkələrdə montaj edilən fotoları tirajlayan şəxslər özlərini bu yolla guya türksevər olaraq təsdiq etmək və konkret Türkiyədə hansısa qucağa oturmağa çalışırlar. Digər ölü qüvvələr – hansı ki, 90-larda hakimiyyətdə bu və ya başqa səviyədə təmsil ediliblər, onlar da fəallaşıb, əsas məqsədləri xatırlanmaq və maddi maraqdır, kim verəcəksə.
Üçüncü bir məsələ, hakimiyyətin texnoloqlarından biri hesab edilən, savadlı, erudisiyalı şəxslərdən birinə hücum etməklə, özlərini arxivin zibilliklərindən çıxartmaq, hansısa üçüncü qüvvəyə hesabat vermək, tapşırıq icra etmək və fikir formalaşdırmaqdır.
Amma googel var, saytlar və yazılan yazının linkləri var: İddia edilən sözlərin heç biri yazıda yoxdur, Zahid Orucun Mərkəzi ilə bağlı 10-larla link çıxdı ki, əsas tərəfdaşları Türkiyənin beyin mərkəzləridir.
Həqiqətən, regionda böyük proseslər gedir, o proseslər türk-rus maraqlarının üst-üstə düşməsi və Azərbaycanın mənafelərinin müdafiəsi həddində aparılır.
Görünən odur ki, hökumət bu yolla, Rusiyanın əli ilə İrəvanı çökdürmək, Türkiyənin əli ilə regionda həm də hərbi gücə çevrilmək və gələckdə bu çərçivəyə Rusiya vasitəsilə İranı, Türkiyə vasitəsilə isə Gürcüstanıə cəlb etməyi düşünür.
Yəni, məsələ bu qədər böyük və ciddidir, yoldaş Feysbuk mirzələri.