ManşetVideo xəbərXəbər xətti

Əziz Əlibəyli:”Azərbaycan və Türkiyə ordusu bu ərazilərə girə bilər” – VİDEO

“Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Tovuz döyüşləri baş verəndən sonra məhz həmin sazişin hərbi və hərbi-texniki əməkdaşlıq bəndinə əsasən birgə təlimlərin keçirilməsinə qərar verilib. Bu, həm bütövlükdə bölgədəki hərbi-siyasi, həm də texniki-təhlükəsizlik problemlərini gündəmə gətirib”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, birgə təlimlər Dağlıq Qarabağ probleminə baxışı kökündən dəyişib.

Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərini digər ərazilərdə də keçirə bilər:

“Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq sazişinə əsasən nəzərdə tutulan nöqtələrlə yanaşı, Azərbaycanın Dağlıq Qarabağa aid olmayan, işğal olunmuş rayonlarına qədər nəzərdə tutulan məsafədə faktiki əməliyyat sahəsinə aiddir. Yəni bu o deməkdir ki, həmin bölgələrdə hərbi əməliyyatlar keçirilə bilər. Çünki bu əməliyyatlar mübahisəli qəbul edilən Dağlıq Qarabağ ərazisinə aid deyil”.

Əziz Əlibəyli