GündəmManşetSağlıqSiyasətXəbər xətti

“Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur…”- DEPUTAT

Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Buna görə də, əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil.Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin iclasında millət vəkili Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, sanki Səhiyyə Nazirliyindəkilər süddən çıxmış ağ qaşıqdır.

“Səhiyyə Nazirliyinin yerlərdəki baş həkimləri guya əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur…Həm də “VTEK”-lərə it dəymişdi ki?!”-deyə, A.Abbas əlavə edib.

Spiker Sahibə Qafarova isə iclasda Səhiyyə Nazirliyinin rəsmilərinin iştirak etmədiyini və bu səbəbdən onlarla bağlı geniş müzakirələrin açılmasının bir o qədər düzgün olmadığını bildirib.

Həm də əlavə edib ki, son dövrlərdə xüsusilə, səhiyyə işçilərinin, həkimlərin fədakarlığı ortadadır və bunları danmaq olmaz.