Gürcüstan səfirliyi avqust hadisələri ilə bağlı bəyanat yaydı
2008-ci ildə Rusiya Federasiyasının Gürcüstana qarşı geniş miqyaslı hərbi təcavüzünün 12-ci ildönümü münasibətilə,Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi bəyanat yayıb.
Səfirlikdən Aktor.Az-a verilən bəyanatda deyilir:
“12 il əvvəl, 2008-ci ilin avqustunda Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüz və Gürcüstanın bölünməz bölgələrinin işğalı ilə Rusiya Federasiyası suveren bir dövlət olan Gürcüstanın sərhədlərini zorla dəyişdirməyə çalışdı və Avropa təhlükəsizlik sisteminə də ciddi ziyan vurdu.
On iki ildir ki, Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Rusiya hər il işğal olunmuş ərazilərdə təhlükəsizliyi, insan haqlarını və humanitar vəziyyətini ağırlaşdıran qanunsuz və təxribatçı hərəkətlərini davam etdirir.
Rusiya Federasiyası, AB-nin vasitəçiliyi ilə əldə olunmuş 12 Avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməməyə davam edir və silahlı qüvvələrini geri çəkmək əvəzinə, Gürcüstanın işğal edilmiş ərazilərində hərbi iştirakını daha da gücləndirir. Eyni zamanda, Moskva Abxaziya və Tsxinvalinin de-fakto ilhaqı istiqamətində addımlar atır.
Hər gün əsas insan hüquqlarının kobud şəkildə pozulması halları baş verir. Abxaziya və Tsxinvali / Cənubi Osetiyanın işğal olunmuş ərazilərindəki vəziyyəti sürünən işğal və qondarma Sərhədləşmə prosesi daha da gərginləşir. Yerdə davamlı təxribatlar, istərsə tikanlı məftillərin salınması, qanunsuz həbslər, etnik zəmində ayrıseçkilik, Gürcüstan vətəndaşlarının həyatına qəsd, sərbəst hərəkətin məhdudlaşdırılması, ana dilində təhsilin qadağan edilməsi və sairə müharibə və münaqişə əziyyət çəkən əhali üçün ağır bir yükdur.
Eyni zamanda, etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdən qovulmuş yüz minlərlə məcburi köçkün və qaçqınların hələ də evlərinə qayıtmasına icazə verilmir.
Paralel olaraq, Rusiya hibrid vasitələrdən fəal şəkildə istifadə edir və istədiyi mesajları yaymaqla, o cümlədən tarixi saxtalaşdırmaqla qondarma “Yeni bir gerçəkliyin” qurulmasına çalışır.
Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətini əzmlə davam etdirir və Gürcüstan hökuməti beynəlxalq birliyin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi, tanımama siyasətini və münaqişənin sülh yolu ilə həlli prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirir.
Məhz beynəlxalq birliyin möhkəm və konsolidə edilmiş səyləri ilə, 2008-ci il avqust müharibəsinin ağır nəticələrini aradan qaldırmaq və Rusiya-Gürcüstan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll edilməsi yolunda uğur əldə edilə bilər.
Gürcüstan tərəfi bir daha Rusiya Federasiyasını Gürcüstan ərazisindəki qanunsuz əməllərini dayandırmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə, xüsusən də Gürcüstanın işğal olunmuş bölgələrin qondarma müstəqilliyin tanınması qərarını dəyişdirməyə və AB-nin vasitəçiliyi ilə əldə edilmiş 12 Avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırır.
Non-Paper – 12 years since RUS aggresions vs GEO