DiasporManşetXəbər xətti

Gürcüstanlı deputat Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verdi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından parlamentdə üzv olan, tanınmış ictimai və siyasi xadim Azər Süleymanov Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib.

“Bu gün millət vəkili, gözəl ziyalı, alicənab insan, dövlətçiliyin inkişafında böyük xidmətləri olan Fəttah Heydərov vəfat edib.Ziyalımız Gürcüstanda yaşayan soydaşlarımızın güzaranı, bu ölkəyə inteqrasiya olunmaları ilə tez-tez maraqlanardı.Zəngin fəaliyyəti ilə gənc nəsilə örnək olan Fəttah müəllimə Allahdan rəhmət diləyir, yaxınlarına və xalqımıza  başsağlığı verirəm”, – deyə Azər Süleymanov fikirlərini bildirib.