GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Erməni təbliğat maşını QHT sektorunu niyə hədəfə alıb – FAKTLAR

Ermənistan və erməni lobbisi Azərbaycana qarşı 12 iyuldan bəri təkcə Tovuz istiqamətində deyil, bütün dünya boyunca və bütün imkanlarını işə salaraq təxribatlar törətdi. Tovuzda ermənilər Ordumuz tərəfindən layiqincə yerində oturduldu, eyni zamanda dünyanın müxtəlif ölkələrində Azərbaycana və azərbaycanlılara qarşı törədilən məlum provakasion proseslərdə də erməni lobbisinin “dişi sındırıldı”. Ermənilərin vəhşi davranışlarına qarşı bütün dünya boyunca ciddi bir savaş getdi və getməkdədir.

Bu proseslərdə biz müşahidə etdik ki, Ermənistan və erməni lobbisi Azərbaycana qarşı həm media, həm sosial şəbəkələr üzərindən də təxribatlara baş vurdular. Eyni zamanda düşmən Azərbaycanın QHT sektorunun ciddi təpkisini aldığından, bu istiqamətdə təxribatlarını hazırda da davam etdirir.

Məqsədlərdən biri də xüsusən Azərbaycan ictimai rəyində QHT sektoru ilə bağlı yanlış rəy formalaşdırmaq, ləkələmə kampaniyası aparmaqdır. Ermənilər bunu çox hiyləgərcəsinə, xaricdəki və ölkə daxilindəki dolayı təbliğatçıları vasitəsi ilə həyata keçirirlər.
Bu baxımdan bir neçə gündür, zaman-zaman xaricdən Azərbaycana qarşı kampaniyalar təşkil edən, anti-Azərbaycan saytları idarə edən Həbib Abdullayevin (Müntəzir), onun tərəfdaşlarının və bunlara informasiya dəstəyi verən portalların QHT sektoruna, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına yönəlik qara piar aparması təsadüfi deyil.

QHT rəhbərləri onlarla eyni zamanda Milli Şuranın təmsilçisi, Əli Kərimlinin təşviqatçılarından olan Rövşən Hacıbəylinin də bu prosesdə yer almasını səbəbsiz olmadığı qənaətindədir.
Düşündürücü cəhət odur ki, QHT sektoruna məhz vətənpərvər, xaricdə Azərbaycanın səsinin yüksək tribunalardan eşidilməsini təşkil edən layihələrin üzərindən hücum edilir. Ciddi layihələr reallaşdıran, xaricdə tədbirlər keçirən, filmlər çəkən, sosial şəbəkələrdə kampaniya aparan təşkilatlar bu qara piarın tək QHT-lərə qarşı deyil, Azərbaycan Ordusuna, Qarabağın azadlığı uğrunda döyüşən cəmiyyətə qarşı aparıldığını vurğulayırlar və bu, məhz belədir.

Özü də missioner dairələrin “narahatlığı” təkcə Tovuz döyüşlərindən sonrakı proseslərlə bağlı deyil, onlar hələ 2016-cı ilin Lələ Təpə döyüşlərindəki uğurlarımızdan başlayıbmış…

Sevinc Osmanqızı, Vidiadi İsgəndərli, Tural, Mirzəli, Orduxan və digərlərinin ermənilərə verdikləri dəstəkdən sonra indi də onlar və qeyriləri Lələ Təpə qəhrəmanlarının, döyüşlərinin tarixə salınması, onlarla bağlı icra edilən layihələri ləkələmək cəhdləri edirlər.
Lələ Təpə qələbəsi Azərbaycan Ordusunun zəfər əməliyyatıdır. Bu prosesin təşviqi və doğru yöndən dünyaya çatdırılmasından əlbəttə ki, yalnız ermənilər narahat ola bilər. Çünki informasiya savaşında uduzurlar və bu işlərdə QHT-lərin də ciddi rolu var. Odur ki, erməni lobbisi dolayı yollarla qələbə təşviqatımızı aparan layihələrin üzərindən QHT Şurasına qarşı bir proses başladıb.

unnamed.jpg (11 KB)

Bu, əlbəttə ki, qətiyyən təsadüfi deyil. Çünki ermənilərin Tovuz və daha sonra Amerika, Avropa, Rusiyadakı təxribatlarının ifşasında, dünyaya çatdırılmasında QHT-lər ciddi rol aldılar. Təsəvvür edin, 850-dən çox QHT bir araya gələrək, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatlarına, həmsədr ölkələrə, digər müvafiq ünvanlara müraciətlər, tələblər yolladılar. İlk baxışda belə görünə bilər ki, QHT-lərin nə gücü var ki, bu müraciət də narahatlıq yaratsən bəlli ünvanlarda. Ancaq fakt bundan ibarətdir ki, bu gün dünya QHT sektorundan edilən mütəşəkkil çağrış və tələblərə ciddi reaksiya verir. Onların qoyduğu məsələlər araşdırma, debat, hətta istintaq materialına çevrilə bilir. Bu baxımdan Azərbaycan QHT-lərinin mütəşəkiil, nizamlı fəaliyyəti erməni lobbisini narahat edib. Odur ki, missioner, anti-Azərbaycan dairələr QHT Şurasının dəstəyi ilə həyata keçirilən, erməni propoqanda maşınına ciddi əngəllər olan və dünyada səs salan layihələrlə bağlı “erməni təftişi”nə başlayıblar.
Məhz indiki vaxtda və məhz Qarabağ və zəfərlərimiz üzərindən aparılan bu qaralama, gözdənsalma cəhdləri erməni lobbisinin, “beşinci kolon”un Tovuz döyüşlərindən sonra QHT sektorunun nə qədər ciddi müqavimət təşkil edə bilmsindən yaranan əndişəsidir.

Məsələnin mahiyyəti çox sadədir: Ermənistanın Tovuza təcavüzü başlayan kimi QHT Şurası və QHT-lər tam və nizamlı səfərbər olundu, son 4 həftədə 3-cü ektor görünməmiş milli həmrəylik və milli birliyin yaradılmasında xüsusi rol oynadı. Eyni zamanda kifayət qədər bilgili, ermənilərin təxribatlarına qarşı hansı addımların atılmalı olduğunu bilən QHT rəhbərləri və fəalları düşmənin və “5-ci kolon”un informasiya müharibəsindəki mövqelərinə ciddi zərbə vurdular. Habelə anındaca dünyanın müvafiq institutlarına operativ və obyektiv informasiyalar çatdırdılar. Sosial şəbəkələrdə QHT-lər xüsusi aktivlik göstərdilər və ermənilərin yaydıqları şayiələrin qarşısının alınması üçün gecə-gündüz çalışdılar, mühüm işlər gördülər.

Erməniləri narahat edən məsələlərdən birinin də məhz QHT sektorunun Ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşməklə bağlı çağırışları oldu, bəyanatları və əməli addımları olduğu sirr deyil. Xaricdəki diaspor təşkilatları ilə əlaqələri olan QHT-lər də – hansı ki, onların rəhbərlərinin bir çoxu müxalif mövqeli şəxslərdir, ancaq milli məsələdə yumruq kimi birləşdilər – dünyada ermənilərə qarşı aparılan savaşın doğru istiqamətdə getməsinə bir növ koordinatorluq etdilər.
Bu həssas dönəmdə QHT-lər media ilə də sıx işlədilər və aydın göründü ki, son illərdə aparılan işlər 3-cü sektor yalnız dövlət maraqlarına xidmət edir.
Əlbəttə, bütün bu işlər Qarabağ naminə edilir, üstünlük də göz önündədir.
Şübhəsiz ki, bu mənzərə ermənilərin qətiyyən xoşuna gələ bilməzdi və bu səbəbdən də məhz QHT Şurasının dəstəyi ilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən layihələrin “hesabatını istədilər”.

Ancaq adamlar unudur ki, QHT Şurasından alınan maliyyə yardımları şəffaf şəkildə, dövlətin maliyyə-nəzarət qurumlarının kontrolu ilə elektron qaydada sərf olunur. Kimə hansı layihənin büdcəsi, icra vəziyyəti maraqlıdırsa, QHT Şurasının innovativ texnologiyalar baxımından ən öncül sırada dayanan SƏLİS proqramı üzərindən girib baxa bilər.

QHT Şurasının vəsitləri Milli Şuranın, “beşinci kolon”un xaricdəki ermənipərəst fondlarından aldıqları vəsitlər kimi idarə və istifadə olunmur. Hər kəsə bəllidir ki, Milli Şuranın üzvləri, xaricdən Azərbaycana qarşı cəbhə açan “azərbaycanlılar” müxtəlif forndlardan aldıqları vəsaitləri həm mənimsəyir, həm də bundan Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Onların heç biri aldıqları qrantlardan Azərbaycan, Qarabağ təbliğatı üçün sərf etməyiblər…

Heç bir hesabatları da yoxdur və “qara mühasibatlıq”la işlərini yola verirlər… Necə deyərlər, fikirləri öz işlərinə gedib…
Ancaq Lələ Təpə əməliyyatları, orada şəhid olanların xatirəsinin əbədiləşdirilməsi üçün QHT Şurasının dəstəyi ilə görülən işlər bizim tariximizin bir parçası olaraq qalacaq və daim istifadə olunacaq milli maraqlar naminə.

Ona görə də bu təşəbbüslərlə QHT Şurasına müraciət edən təşkilatlara vəsait ayırdığına görə ancaq minnətdarlıq düşür. Ən vacib məsələ odur ki, bu cür həssas mövzulara QHT Şurası kifayət qədər diqqətli olduğunu hər zaman nümayiş etdirib.

Bu sənədli filmlər, yazılan kitablar, yaradılan elektron resurslar yalnız Azərbaycanın informasiya müharibəsində uğurlarına kömək edəcək. Əlbəttə, ayrılan büdcələr də çox da böyük deyil, 6, 7, 8 min manatlıq büdcə ilə təbii ki, 50-100 min manatlıq işlər tələb edən sənədli film ortaya qoymağın mümkünsüzlüyünü ağlı başında olan hər kəs başa düşür.

Yox, əgər məqsəd Azərbaycanın güclənən, erməniləri əzən strukturlarını düşmənin sifarişi ilə qaralamaqdırsa, bunu gizlətməyinizə ehtiyac yoxdur, açıq demək də olar. Çünki hər kəs bilir…

Elşad MƏMMƏDLİ