ManşetXəbər xətti

Çimərliklərin fəaliyyətinə icazə verilir, amma…

Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

“Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq” – deyə məlumatda qeyd edilir.

Çimərliyə getmək üçün xüsusi icazə ehtiyac yoxdur, “Cimerlik.az” portalı sadəcə çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb.Bunu isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, doluluq səviyyəsinə yaşıl, sarı, qırmızı rənglərdə olacaq. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: “Əgər bir çimərliyin tutumu 500 nəfərlikdisə 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq”.