Azər Süleymanov bu dairədən majoritar namizəd oldu
Vahid Milli Hərakat partiyası (VMH) Azər Süleymanovu Marneuli-Qardabani üzrə majoritar namizəd olaraq təstiq edib.Bu barədə məlumatı 24News.ge xəbər portalına “Vahid Milli Hərakat” partiyasının Marneuli qərargahının rəhbəri Aqil Mustafayev verib.
“Partiya üzvləri olaraq bu seçkilərdə qələbə üçün tam hazırıq.Bilirsiniz ki, Azər Süleymanovun xalq arasında böyük reputasiyası (nüfuzu) var və əminəmki, biz qəlbəyə nail olacağıq.Məqsədimiz digər partiyalar kimi vəzifə qazanmaq deyil, əsas mübarizəmiz Gürcüstan üçündür, xalq üçündür.İstəyimiz odur ki, xalqı mövcud çətinliklərdən qurtaraq və onlara daha yaxşı yaşam tərzi gətirək”, – deyə A. Mustafayev bildirib.