Özəl müəssisələrin testlərinin qiymətini biz müəyyən edə bilmərik – Yaqut Qarayeva
Pandemiya başlayan ilk gündən bu zamana kimi dövlət tərəfindən aparılan teslərin hamısı pulsuz həyata keçirilib.Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Özəl müəssisələrdə COVİD-19 test qiymətlərinə gəldikdə isə o qeyd edib: “Bu müəssisələrin apardığı testlərin qiymətlərinə biz müdaxilə edə bilmərik. Qiymətlərin müəyyənləşdirilməsi onların daxili işidir”.