“O, Vahidin sevimlisi idi…” – Turandan qalmaqallı ANS xatirəsi
Tanınmış teleaparıcı Turan İbrahimov ANS telekanalının prezidenti Vahid Mustafayevlə bağlı aralarında yaşanan qalmaqaldan danışıb.
T.İbrahimov şəxsi “facebook” səhifəsində ANS-də baş verən hadisələrlə bağlı bu statusu paylaşıb:
“Səhv etmirəmsə, 2010-cu il idi… ANS-də işləyirdim. “Günə Baxan” verlişini daha aparmırdım. Yeni verilişə başlamaq qərarı verdik. Debat formatlı. Adı da “Açıq söhbət” oldu. Mənim proyektim idi, Mir Şahin də dəsdək verirdi. O günlərdə ANS prezidenti Vahid Mustafayevin favoriti, sevimlisi isə Sevinc Osmanqızı idi. Onu “Xəbərçi”nin rəhbəri qoydu, sonra da geniş səlahiyyətlər verdi. Elə o günlərdə Osmanqızı ANS-də ”xod” gedirdi… Bir gün dəhlizdə mənə yaxınlaşdı, xeyli kompliment elədi. Mən də Mir Şahinin yanına gəlirdim.
Mir Şahinə yanına gedib, dedim. Sevinclə söhbət edirdik. Mən nisbətdə gənc olduğum üçün Sevinc Osmanqızını yaxşı tanımırdım. Mir Şahindən soruşdum ki, bəs bu Sevinc necə insandır?
Mir Şahinin cavabı hələ də qulağımda səslənir. O, özünəməxsus tonda və üslubda belə dedi: “Bilirsən necə insandı? 97 faizi *ox, 3 faizi isə *idik”. Çox gülmüşdüm. Bir neçə gün sonra “Açıq söhbətin” ilk buraxılışını çəkdik. Mövzu “parlamentimizdə gerçək müxalifət varmı?” idi. Qonaqlar isə Pənah Hüseyin və Fazil Mustafa. Verlişin gedişatında Pənah Hüseyin əsəbiləşdi, üstümə şığıdı… Qalmaqal yaşandı. Vahid Mustafayev də orda idi və hər kəsin təəccübünə səbəb olacaq formada mənə irad bildirdi, mübahisə etdik. Mühafizəyə məni, bir də kanala buraxmamağı tapşırdı. Səhəri gün hər şeyini hazır etdiyim “Açıq Söhbət” tok-şousunu Sevinc Osmanqızının apardığını və eyni mövzunu çəkdiklərini eşitdim. Veriliş qısa müddət efirə getdi, istədikləri kimi alınmadığı üçün bağlandı…”