Deputat Şahin Seyidzadə tərəfindən növbəti onlayn qəbul keçirilib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə tərəfindən seçiciləri ilə iyul ayı ərzində ikinci videoformatlı qəbul keçirilib. Aktor.Az xəbər verir ki, bu barədə Millət vəkili öz “Facebook” səhifəsində paylaşım edib.
“50 saylı Abşeron-Qobustan seçki dairəsinin sakinləri ilə növbəti videoqəbul keçirildi.
29 iyul tarixində Abşeron (Ceyranbatan, Hökməli, Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan (Qobustan şəhəri, Ərəbşahverdi, Nabur, Xilmilli və Yekəxana kəndləri) rayonlarından infrastruktur, kommunal, məşğulluq, hüquq, sosial müavinət kimi mövzular üzrə 13 seçicimizlə videoformatda görüş keçirdik. Bəzi müraciətlər haqqında artıq ilkin araşdırılmalar aparıldığı üçün seçicilərimizə müvafiq məlumatlandırma və istiqamətləndirmə verilmişdir. Növbəti addımların həyata keçirilməsi üçün müraciətlər haqqında ətraflı məlumatların emal edilməsi davam etdirilməkdədir.”