ManşetXəbər xətti

Zaur Mirzə-zadə: “Ermənistanda dərin iqtisadi böhran ölkədəki tənəzzüldən xəbər verir”

Ermənistanın baş nazir Nikol Paşinyan xalqın rifahını yaxşılaşdıracağı ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün artıq ictimaiyyətdə ciddi narazılıqlar yaranıb.

Paşinyan koronavirusa yoluxub

Ermənistanın bütün sahələrdə son durumu heç göstərilən rəqəmlərlə uyğunlaşmır. Belə ki,statistika yalnız kağız üzərində yazılmaq üçün tərtib olunur. Heç bir iş adamı,sahibkara,fermere dövlət tərəfində yardım edilmir. Bütün bunlar ciddi fəsadların yaranaçağının göstəricisidir.
Ermənistan mətbuatının yazdığına görə, ölkənin maliyyə sektorunda acınacaqlı vəziyyət yaranıb. İşğalçı dövlətdə makroiqtisadi vəziyyət acınacaqlı haldadır. Mərkəzi Bank, hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir göstərirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanlarını xeyli məhdudlaşdırıb.

Hazırda işsiz vətəndaşlar ölkəni tərk etməkdə israrlıdırlar. Ermənistanda qeydiyyata alınan yüzminlərlə işsizin 70 faizi ölkəni tərk etmək və xaricdə iş tapmaq üçün sosial şəbəklərdə elanlar yerləşdiriblər.
Son günlər Tovuz rayonunda baş verən hadisələrlə bağlı Rusiyanın paytaxtında və müxtəlif şəhərlərində Ermənistan məhsullarına boykot edilməsi və bazarlara buraxılmaması ölkədə iqtisadi krizisi daha da sürətləndirir.

Artıq payız aylarında Ermənistan ciddi iqtisadi çətinlik yaşanacağı qaçılmazdır,və bu halda sahibkarlar və iş adamları öz bizneslərini xarici ölkələrə daşıması haqqında danışıqlara gediləcəyi birmənalı olaraq fakt kimi əsaslanır. Bu hadisələrdən idarətetmə,və dərin siyasi, iqtisadi,beynəlxalq münasibətlərin güclənməsi üçün bilklərə kəmsavad olan Paşinyan üçüruma yuvarlanacağını aydın görünür. Odur ki, bu hadisələr bir daha göstərir ki, Azərbaycanın haqlı narazılığını artıq dünya qəbul edir,və Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsində Ermənistan höküməti aciz duruma düşdüyü aydın görünür.

Zaur Mirzə-zadə