GündəmManşetSiyasətXəbər xətti

Düşmənə qarşı “7/24 rejimi”ndə işləməliyik! – Millət vəkili

Ermənistan hərbi-siyasi rəhbərliyinin son hərbi avantürasının ardınca dünyadakı erməni lobbisi və diasporu da həmvətənlərimizi  təxribata cəlb etmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Onların Los-Ancelosda və Brüsseldə törətdikləri barbar hərəkətlərin arxasında məkrli niyyətlər dayanır. Məqsəd dünya ölkələrində yaşayan azərbaycanlıların heysiyyatına toxunmaqla onları da adekvat addımlar atmağa sürükləməkdən ibarətdir.

Sonra isə “fakt”ları toplayıb, azərbaycanlılara qarşı beynəlxalq səviyyədə həbslərin həyata keçirilməsinə nail olmaq,, bu hadisərdən “siyasi şou” yaradıb, “vəhşi türk” və ” zavallı erməni” obrazının yeni təqdimatını həyata keçirməkdən ibarətdir. Artıq erməni yazılı və elektron KİV-ləri bu istiqamətdə intensiv fəaliyyətə başlamışdır. Xüsusilə Rusiya və bir sıra digər ölkələrdə azərbaycanlı gənclərin “erməni ovuna” çıxdığı ilə bağlı qərəzli informasiyaları geniş tirajlamaqdadılar. Ermənilərin dezinformasiya maşını belə “təcrübə”lərdən çox cıxıb. Bizim xarcdə yaşayan gənclər heç bir halda təxribatlara getməməlidir.

Mübarizə yalnız hüquqi müstəvidə aparılmalıdır. Bu istiqamətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin atdığı operativ addımların ilkin nəticələri vardır. Artıq Belçikada və Kaliforniyada azərbaycanlılara xəsarət yetirmiş ermənilər həbs olunmuş, onlara qarşı cinayət işi açılmışdır. Ermənilərin xaricdə yaşayan gənc azərbaycanlılara qarşı anoloji istiqamətdə cinayət işlərinin açılmasına imkan verməməliyik. Hesab edirəm ki, indiki reallıqda  qarşımızda duran yeni vəzifələrin mahiyyətindən irəli gələrək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, xarici ölkələrdəli, səfirliklərimiz, konsulluqlarımız, Diasporla İş uzrə Dövlə Komitəsi və  xarici ölkəılərdəki diaspor təşkilatlarımız “7/24 rejimi” ndə işləməli və sıx koordinasiya olunmuş fəaliyyət göstərməlidir.

Ölkə Prezidenti cənab İlham Əliyev hücüm diplomatiyasına əsaslanan xarici siyasət kursu müəyyən etmişdir. Bu kursun fəlsəfəsinə vararaq heç bir təxribata getmədən  ilk növbədə nüfuzlu xarici KİV-lərdə ermənilərin barabar və vandal davranışını ifşa etməliyik. “Ura patriotizm” yox, düşmənə qarşı beynəlxalq mövqelərimizi gücləndirən ideoloji xətt və mübarizəyə səbərbər olmalıyıq. Bu, zamanın çağırışıdır!

 

Elman Nəsirov,

Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr,

mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi,

siyasi elmlər doktoru, professor