Xəbər xətti

Gürcüstanın səfirliyi Azərbaycanda müvəqqəti qalan vətəndaşlarına müraciət etdi

Gürcüstanın səfirliyi Azərbaycanda müvəqqəti qalan vətəndaşlarına müraciət edib.

“Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində qeyri-ordinal  vəziyyət yaranmışdır.

Xüsusilə,  Azərbaycan Respublikasında  müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq,  Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan,   razılaşdırmadan, nizamsız olaraq vətənə qayitmağa çalışırlar.

Qeyd olunan çəhdlər  həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olmuşdur.

Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikasında  müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək, Azərbaycan Respublikasında qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə  və vətənə qayıtmaq üçün  əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməyə  çağırırıq.

COVİD 19 virusuna qarşı mübarizə prosesində, Azərbaycan Respublikası və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə, Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan  Gürcüstan vətəndaşlarının geri qayıtmaqları  mərhələli şəkildə, yalnız əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək.

Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək,  onların  mütəşəkkil,  təhlükəsiz,  mərhələli şəkildə  geri qayıtmaqları prosesini davam etdirmək üçün,   əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklərinə çağırırıq.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küç. 13/15

Əlaqə telefonları: 050 250-07-10 (Qaynar xətt)

012 497-45-60”