Tanınmış hüquqşünas merə müraciət etdi
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi məktubla müraciət edib.
Aktor.Az xəbər verir ki, hüquqşünas ötən gün ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq hallarına etiraz olaraq ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirmək üçün icazə verilməsini istəyib.
Müraciətdə qeyd edilib ki, piketin 27 iyul 2020-ci il tarixdə saat 15.00-da ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aksiyanın tələbi Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı vandal aktları və hücumları nəticəsində yaralanan azərbaycanlıların hüquqlarının qorunması və cinayətkarların cəzalandırılmasıdır.