GündəmSiyasətXəbər xətti

Yasamalda 96 ailə Elman Nəsirova təşəkkür etdi – MƏKTUB

Bakı şəhər Yasamal rayonu Zahid Xəlilov küçəsi 54-də yaşayan 96 ailə deputat Elman Nəsirova təşəkkür edib.

Aktor.Az olaraq təşəkkür məktubunu sizlərə təqdim edirik:

Hörmətli Elman müəllim,

Binamızda yaşayan 96 ailə adından sizə təşəkkür etmək istəyirik. Açığı sizə müraciət etməzdən öncə bir qədər tərəddüd edib yazmağa ehtiyat etdik.

Ancaq sizin dövləti, sadə xalqı necə dəstəkləməyiniz bizi ruhlandırdı.

Memarı Prezidentimiz Cənab İlham Əliyev olan dövlətimizin inkişafına ürəklə dəstək olan sizlərə inanmağımızla haqlı olduğumuza bir daha əmin olduq! 96 ailə adından sizəmüraciətdən sonra az da olsa ümidverici cücərtilərin olduğunu hiss etdik.

Dövləti, hakimiyyəti, xalqı dəstəkləyən bir Millət Vəkili kimi bu işdə sizə sonadək dəstək verəcəyimizə əmin olun!

96 ailə adından dövlətimizə, hakimiyyətimizə arxalanaraq sizdən xeyirli xəbərlər gözləyirik! Dövlətimizə və Sizə dualar! Çox sağolun!