Bağırzadənin testinin nəticəsi neqativ çıxıb
Əməkdar artist Bəhram Bağırzadənin koronavirusla bağlı sonuncu test nəticələri neqativ çıxıb.
Mərkəzi Gömrük Hospitalından verilən məlumata görə, iyulun 21-də Bəhram Bağırzadədən götürülən koronavirus infeksiyası üçün PCR testinin nəticəsi mənfi (neqativ) olub.
Bildirilib ki, test nəticəsinin neqativ olmasına baxmayaraq, onun hazırki vəziyyəti evə buraxılmasına və ya başqa xəstəxanaya köçürülməsinə imkan vermir.