Pandemiya dövründə Uşaq Qaynar Xəttlərinin vəziyyəti müzakirə olunub – FOTO
20 İyul 2020-ci il tarixində Child Helpline İnternational-ın (Beynəlxalq Uşaq Qaynar Xətti) təşkilatçılığı ilə 2 sessiyadan ibarət “Europe Region COVID19 Management of Services Webinar – COVID19 da Avropa Regionunda Xidmətlərin İdarə Olunması” adlı vebinar təşkil olunub.
Aktor.Az xəbər verir ki, vebinarda Child Helpline İnternational təşkilatına üzv olan bütün təşkilatlar dəvət edilmiş və hətta hər birinə çıxış üçün şərait yaradılmışdır.Tədbirin əsas məqsədi COVID-19 Pandemiyası dövründə hər bir ölkədə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətlərinin öz ölkələrində təşkil etdikləri fəaliyyət barədə qısa məlumat, xidmətlərin uşaqlara karantin dövründə əlçatanlıq istiqamətləri, xidmətin keyfiyyəti və maairifləndirmə üsulları barədə bölüşməkdən ibarət idi.
Tədbirə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əməkdaşı, psixoloq Xoşqədəm Quliyeva da qoşularaq, Uşaq Qaynar Xəttinin COVID-19 Pandemiyası dövründə Azərbaycanda görülən işllər, müraciətlərin təxirə salmadan cavablandırılması, online konsultasiyaların aparılması, sosial şəbəkələr vasitəsilə maarifləndirmə, uşaqların sonrakı müddətdə sosial-psixoloji reabilitasiyası, mobil əlavədə çatlaşma üsulu ilə problemin həlli və s. haqqında geniş məruzə ilə çıxış etmişdir.
Təşkil olunan vebinarda Azərbaycanla yanaşı, Niderland, Serbiya, Yunanıstan, Polşa, Xorvatiya, Kipr, Ukrayna və İngiltərə Uşaq Qaynar Xətt xidmətinin nümayəndələri iştirak və çıxış ediblər.
Tədbirin yekununda suallar və müzakirələr aparılmış və üzvlər tərəfindən gələcəyimizin qəhrəmanları olan uşaqlara göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində Child Helpline İnternational təşkilatına təkliflər verilmişdir.