İqtisadiyyatManşetSiyasətXəbər xətti

Gazprom Türkiyə-də itirdiyi milyardlarla vəsaitin əvəzinə niyə Tovuza hücum olunur?! – Turab Rzayev

2019-cu ildə Rusiya Türkiyə qaz bazarında lider olub və 15 milyard kub qaz satıb. Azərbaycan isə cəmi 9.6 milyard kub qaz satmışdı. Bu il isə Rusiya bazarda 3-cü, bəzən 5-ci yer tutub.

Məsələn,: 2020-ci ilin Mart ayında isə 924.2 milyon kub Azərbaycan, Rusiya 389.7 milyon  kub qaz satıb. Apreldə ayı ərzində isə #Türkiyə-yə idxal olunan qazın 470 milyon kubunu Rusiya, 917 milyon kubunu isə Azərbaycan verib.

Və bu hələ başlanğıcdır sadəcə. TANAP layihəsinə 40 milyarddan çox pul qoyulub. Bizim qazötürmə qabiliyyətimiz 6 milyard kubdan 20 milyarda çıxarılıb. Və sadəcə 8-9 milyard kub qaz satışımız belə Rusiyanın maraqlarına bu qədər zərər vurursa, 20 milyard həcmə çatanda nəticəni müəyyən etmək çətin deyil. Bizim təkcə Şahdənizdə 1.5 trilyon kub ehtiyatımız var və qaz ixracımız durmadan artır. Keçən il 27%, bu ilin ilk 6 ayı isə yenə 8% artış olub. Rusiya Türkiyə bazarını itirir. Bu layihəyə 10 milyard vəsait qoyan BP-nin də, layihədə iştirak edən TANAP-ın da Azərbaycan qazının satılması daha çox marağındadır.

Ərdoğan çox sərt oynayır. Rusiyanın milyardlarla dollar xərcləyib, sanksiya vaxtı çəkdiyi Türk axınının heç üçdə biri dolmur, Mavi axın isə aylardır “təmirə” bağlanıb. Rusiya müqavimət göstərə bilmir: ya qazı çox ucuza satmalıdır, ya yeni bazar tapmalıdır. Macarıstan kimi kasıb və kiçik bazarların isə Türkiyəni əvəz etməsi ehtimalı çox aşağıdır.

Rusiyanın vəziyyəti acınacaqlıdır. 2020-ci ildə #GAZPROM-un ixracı 53%düşüb. Azərbaycan isə ixracı daha 8% artıraraq 5.68 milyard kuba çatdırıb. Üstəlik qaz ixracı cəmi 8% artsa da, həmin qazdan gələn gəlirlər 18.6% artıb. Rusiyanı daha da qıcıqlandıran budur. Bütün qaz bazarı daralır. Bizim qazımız bahalandığı halda daha çox alınır. Qazpromun uzunmüddətli kontraktları ilə qazını almırlar, bizim qaz isə havada qapılır.

Və düşünün sadəcə 3 ay sonra biz artıq Albaniyaya, İtaliyaya, ordan Mərkəzi Avropa və Balkanlara qaz sata biləcəyik. Əlbəttə, əvvəlcə Qazprom üçün əhəmiyyətsiz həcmdə (Türkiyəyə əvvəllər olduğu kimi). Sonra isə həcm artacaq və Rusiya Avropada da yeni rəqib qazanacaq. Məhz bu səbəbdən, ekologiya, dəni adı ilə TAP layihəsi gecikdirilirdi. Dərinə enəndə, kimlərini bu layihətə müxalif olması, hansı partiyaların TAP ilə mübarizə aparması, hansı fondlardan maliyyələşmələri, böyük portreti görməyə kömək edir.

Biz bu təxribatı əslində gözləyirdik. Məhz Aprel ayının 30-u Aziz Alibeyli -nin qonağı kimi “Təmas Xətti”ndə bu məsələni detallı izah etmişdik. Məhz hücumu niyə Qazax-Tovuz istiqamətində gözləyirdik ?!

Gazprom milyardlar itirir. Əli neftdən üzülən, indi də təbii qaz gəlirləri kəsilən qonşumuz aqressivləşir. Və həmişəki kimi gücü çatanın üstünə düşür, yəni MDB ölkələrinin, yəni bizim.

 

Turab Rzayev, siyasi şərhçi