QHT rəhbərindən şəhid generalla bağlı mühüm təklif – FOTO
Sosial şəbəkələrdə, ayrı-ayrı mətbuat səhifələrində Bakıda metro stansiyasına, orta məktəbə, şəhərin küçələrindən birinə general Polad Həşimovun adının verilməsi ilə bağlı, qəhrəmanımızın abidəsinin qoyulması ilə bağlı yeni təkliflər verilir.
Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin yeni layihələrindən biri də məhz qəhrəman generalımızın xatirəsini əbədiləşdirmək üçün müsabiqə elan etmiş və kitab halında çıxacaq əsərlərin qalib müəllifləri mükafatlandırılacaqlar.
Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri Faiq Balabəyli bildirib ki, “AXDG” QSC-nin XDND və DND idarələrində eyni adla iki gəmi istismardadır.“Şahdağ” adlanan bu iki gəmidən birinin adı dəyişdirilərək general Həşimovun, yaxud Milli Qəhrəman Mübariz İbrahimovun adı verilsin.
Onun sözlərinə görə, gəmilər 2005 və 2019-cu illərdə alınmasına rəğmən istismar müddəti yetərincədir və doğma Xəzərdə, yaxud dünyanın digər sularında qəhrəmanlarımızın adı ilə çağırılması onlara böyük ehtiram olardı.
“AXDG QSC-nin təcrübəsində bu var. Gəmiçiliyin çox saylı gəmiləri respublikamızın qəhrəman övladlarının, şəhərlərinin ədəbiyyat və sənət adamlarının adını daşımaqdadır”.
Qeyd edək ki, dənizçilərə Sosial Dəstək İctimai Birliyi bu təkliflə AXDG QSC-nin rəhbərliyinə müraciət edib.
Faiq Balabəyli