Ana SəhifəSiyasətFəzail Ağamalı Türkiyəyə başsağlığı verdi — FOTO

Fəzail Ağamalı Türkiyəyə başsağlığı verdi — FOTO

İyul ayının 16-da Türkiyənin kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər şəhid olub.

Aktor.Az xəbər verir ki, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu hadisə ilə Türkiyəyə başsağlığı verib.

Başsağlığında deyilir:

“İyul ayının 16-da qardaş Türkiyənin Van şahərində kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin Artos dağına çırpılmsı nəticəsində baş verən qəza zamanı 7 nəfər şəhid olub.

Baş verən hadisədən dərin sarsıldığımı bildirir, vəfat edən Türk qardaşlarımıza Tanrıdan rəhmət diləyir, şəhidlərin ailələrinə, Türk xalqına dərin hüzünlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

 

RELATED ARTICLES

Most Popular