Öldürülən erməni mayorun dəfnində olay, huşunu itirdi – VİDEO
Ermənistanda Azərbaycanla sərhəddə öldürülən əsgərlərinin dəfn mərasimi keçirilib.Aktor.Az xəbər verir ki, mərasimə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılıb.
Görüntülərdən aydın olur ki, Ermənistan tərəfi itkilərini nə qədər gizlətməyə çalışsa da, Tovuzda törətdiyi hərbi təxribat zamanı Azərbaycan Ordusunun dəqiq zərbələri ilə ağır itkilərlə üzləşib.
Öldürülən mayor Qaruş Ambarsumyanın yaxınlarından biri anidən huşunu itirib, ətrafdakılar onun köməyinə gəlib.
Qeyd edək ki, bəzi erməni mətbuatı dəfn mərasimini canlı yayımlayıb.