ManşetSiyasətXəbər xətti

Avantüraya əl atmaqla Paşinyan hakimiyyəti ömrünü uzatmaq yolunu seçib – Millət vəkili

Təəssüf hissi ilə qeyd edirəm ki, bir qədər öncə həm ölkə mediasında, həm də ərəb mətbuatında dərc olunmuş “Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə yoxsa inqilab?” sərlövhəli məqaləmdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibəyə əl atacağı ilə bağlı proqnozum 100 faiz təsdiqini tapdı. Məqalənin həmin hissəsini nəzərinizə çatdırıram:

“Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çokməsi millətçilik dalğasının yüksəlməsinə və “xaici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna

 

 

olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biyabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Aprel döyüşlərindən sonra səsləndirdiyi “Biz əgər Aprel döyüşləri zamanı malik olduğumuz müasir silahların yalnız cüzi bir hissəssindən istifadə etdik, əgər bütün silahları işə salsaydıq, Ermənistanda daş-daş üztə qalmazdı,”-fikirləri bu gün də Nikol Paşinyanın “yuxusuna haram qatmaqdadır”. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücüma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir”

 

 

Artıq gözləntilər real məzmun kəsb edib.
12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artileriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törətmişlər. Azərbaycan ordusunun əks həmləsi ilə düşmənin canlı qüvvəsinə və hərbi texnikasına sarsıdıcı zərbə endirilmişdir. Qəhrəman Azərbayvcan ordusu aprel döyüşlərində qazandığı tarixi qələbəni davam etdirərək düşmənə öz yerini göstərmişdir. Ali Baş Komandanın mətin iradəsi və ordu-xalq birliyi sayəsində Azərbayacan Silahli Qüvvələri yenilməz gücünü nümayiş etdirmişdir.
Ermənistanın Azərbaycanla sərhəddə tərətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir risqli addıma imza atması ilk növbədə bu olkədə mövcud diktator rejiminin üzləşdiyi daha ciddi daxili risqlər və təzyiqlərlə bağlıdır. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırmışdır. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalmışdır. Təbii daxili riqsqləri süni yaradılmış xarici risqlər hesabına kompensasiya etmək-hərbi avantüraya əl atmaqla silkələnməkdə olan hakimiyyətinin ömrünü uzatmaq yolunu seçmişdir. Bu seçim Ermənistan cəmiyyətində əks reaksiya doğurmuşdur. Diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarının mənasız ölümə göndərilməsinə qarşı çıxan erməni etiraz seqmentinin sayı ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır.

 

Ermənistan hərbi-siyasi rəhbərliyinin hərbi təxribatçı addımlarını şərtləndirən digər mühüm amil Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhduq tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur. Xüsusilə də Azərbaycan Prezidentinin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Məclisinin xüsusi sessiyasının cağrılması təşəbbüsünün 130-dan cox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı məlum hərbi təxribatının məhz indiki tarixi şəraitdə baş verməsinin katalizatoru olmuşdur. Ermənistan Azərbaycanın unukal beynəlxalq təşəbbünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay etmişdir. Başqa sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi mövcud reallıqlar fonunda “natamamlıq kompleksi”nin daşıyıcısı olaraq məlum istetrik qərarı qəbul etməklə özünüməhvə bərabər hərbi avantüraya imza atmışdır.

 

Bu hərbi təxribarın məhz Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verməsi də təsadüfi addım olmayıb, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır etmək kimi çirkin niyyətindən irəli gəlir, üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğramışdır.
Ermənistanın hərbi təxribatı nəticəsində ordumuzun generalı da daxil olmaqla bir neçə hərbi qulluqçumuz şəhid olmuşdur, lakin onları qisası tam alınmış, qanları yerdə qalmamışdır. İnanırıq və tam əminik ki. bundan sonra da düşmənin istənilən hərbi təxribatına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ən müasir silahalara malik, yüksək hərbi-vətənpərvirlik ruhu olan Azərbaycan Silahlı Qüvvələri layiqli cavab verəcək, ərazi bütövlüyümüzü təmin edəcək, işğaldan azad etdiyi bütün torpaqlarımızda üçrəngli qələbə bayrağını dalğalandıracaqdır.

 

Görünürür bu reallıq Ermənistan və ona havadarlıq edənləri, habelə daxilimizdəki “5-ci kolon”u möhkım narahat edib. İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisə qeyri-qanuni müdaxiləsi, antidövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın birbaşa nəticəsidir. Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilmişdir. Məqsəd Azərbayacanı 90-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühütü formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait yaratmaq. perspektvdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir. Xarici və daxili düşmənlərimizin bu arzusu baş tutmayacaq. Azərbayacan güclü dövlətdir. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Müxalif siyasi dairələr belə bu günlərdə dövlətin və ordunun yanında olduqlarını bəyan ediblər. Xalq-hakimiyyət birliyi monolit xarakter kəsb edir. Xalq öz Ali Baş Komandanının arxasındadır.Ona tam inanır və güvənir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu tarixi sınaqdan da şərəflə çıxacaqımıza tam eminik! Allah Prezidentimizi, Xalqımızı, Dövlətimizi qorusun! Qələbəmizə inanırıq və o lap yaxındadır.

 

Elman Nəsirov

Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor