GündəmManşetSiyasətXəbər xətti

SON DƏQİQƏ:Tovuzda döyüşlər başlayıb, itkilər var – Müdafiə Nazirliyi

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.Hər iki tərəfdən itki var.

Aktor.Az Müdafiə Nazirliyinə istinadən bildirir ki, hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.