Çempionlar Liqasının püşkü atılıb
İsveçrənin Nyon şəhərində koronavirus pandemiyası ilə əlaqədar fasilə verilmiş 2019-20-ci il UEFA Çempionlar Liqasının dörddəbir final, yarımfinal və final mərhələlərinin püşkü atılıb.
Dörddəbir finalda “Real”-“Mançester Siti” matçının qalibi “Yuventus”-“Lion” matçının qalibi ilə, “Leyptsiq” “Atletiko” ilə, “Napoli”-“Barselona” matçının qalibi “Bavariya”-“Çelsi” matçının qalibi ilə, “Atalanta” isə “Paris Sen-Jermen”lə qarşılaşacaq.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin qalan dörd oyunu keçirildikdən sonra digər mərhələlərin bütün oyunları Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.
Çempionlar Liqasının matçları avqustun 7-də bərpa olunacaq. Final matçı avqustun 23-də keçiriləcək.