Bəhramın səhhətində möcüzə yaşanır
“Son günlər Bəhram Bağırzadənin səhhətində müşahidə olunan müsbət dinamika saxlanılır. Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur və aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə olunan durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.
Aktor.Az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Rəis müavini həm də qeyd edib ki, əməkdar artistin huşu aydın və fəaldır.
İyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.