İcra başçısı Elşad Həsənov monitorinqləri davam etdirir – FOTOLAR
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkədə davam edən karantin rejimi ilə əlaqədar monitorinqləri davam etdirir.
Qurumdan Aktor.Az-a verilən məlumata görə, növbəti monitorinq Yasamal rayonundakı ictimai iaşə və ticarət obyektlərini əhatə edib. Sakinlər və icitmai iaşə obyektlərinin sahibləri ilə söhbətində İcra başçısı vətəndaşları gigiyenik vasitələrdən, və ilk növbədə tibbi spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, həmçinin fiziki məsafə qaydasına riayət etməyə çağırıb. Elşad Həsənov koronavirus yoluxucu xəstələyindən qorunması işində hər bir vətəndaşın məsuliyyət daşıdığını vurğulayıb. Reyd zamanı aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və mağazalarının rəhbərlərinə müvafiq xəbərdarlıqlar olunub.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli hüquq-mühafizə orqanlarının nümayəndələrinə və Operativ Qərargah təmsilçilərinə karantin rejiminin icrasına dair tapşırıqlarını verib.