Operativ Qərargahla danışıq aparılır, səbirli olaq – Elməddin Behbud
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud QHT-lərin icazələrinin ləğv olunması ilə bağlı məsələnin diqqətdə olduğunu bildirib:
“Əziz dostlar, hörmətli QHT nümayəndələri!
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırkı karantin rejimi dövründə QHT-lərin müvafiq istiqamətdə fəaliyyət azadlığının təmin olunması məqsədi ilə icazənin alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıq aparılır. İnanırıq ki, məsələ tezliklə həll olunacaq və siz ictimai faydalı fəaliyyətinizi davam etdirəcəksiniz. Səbirli olub bir qədər gözləməyimiz lazımdır.”