Xəbər xətti

Şura QHT-lərə müraciət etdi: “Bildirişi təqdim edin”

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından QHT-lərə müraciət ünvanlanıb.Aktor.Az həmin müraciəti təqdim edir:

“Hörmətli QHT nümayəndələri!

Məlum olduğu kimi, Şuranın 2020-ci ildən başlayaraq SƏLİS çərçivəsində tətbiq etdiyi yenilik nəticəsində QHT-lərlə qrant müqavilələri elektron formada imzalanır. QHT nümayəndəsi Şuraya gəlmədən və əlavə vaxt sərf etmədən ASAN imza və ya E-imza vasitəsilə müqaviləni imzalayır və onu yükləyə bilir.

Şuranın digər bir yeniliyi SƏLİS-in ASAN Finance sisteminə inteqrasiyası idi ki, bununla da QHT nümayəndəsi banka gedərkən özüylə müqavilə və bildirişi (qrant müqaviləsinin qeydə alınması barədə) təqdim etməyə bilərdi. Şura bu məsələ ilə bağlı üzərinə düşənləri həyata keçirsə də, bankların prosesə qoşulması mövcud durumla əlaqədar gecikir. Ona görə QHT nümayəndələrindən xahiş olunur ki, müvafiq bank əməliyyatı aparmaq üçün SƏLİS-dəki şəxsi kabinetlərində olan müqaviləni (elektron qaydada) və Ədliyyə Nazirliyinin qrant müqaviləsinin qeydə alınması barədə bildirişi banka təqdim etsinlər.

Qeyd edək ki, Şura ilə QHT arasında imzalanmış müqaviləni müvafiq olaraq “AsanDoc” və ya “Edoc” proqramı vasitəsilə yükləmək və elektron qaydada istifadə etmək mümkündür.