ManşetMediaXəbər xətti

Jurnalist araşdırmaları müsabiqəsinin müddəti artırıldı

Ədliyyə Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə elan etdiyi jurnalist araşdırmaları müsabiqəsinin müddəti artırılıb.Aktor.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli məlumat verib.

Onun sözlərinə görə, materialların təqdim edilməsi üçün son tarix 15 iyuldur. Qaliblər 22 iyul – Milli Mətbuat Günü ərəfəsində elan ediləcəklər.

Müsabiqəyə qoşulmaq arzusunda olanlar ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərlər.

http://justice.gov.az/news/1695