“Qoroskop” qəzeti fəaliyyətini dayandırdı
1999-cu ildən ayda iki dəfə dərc olunan “Qoroskop” qəzeti öz fəaliyyətini dayandırıb. Bu barədə Musavat.com-a qəzetin baş redaktoru Səbuhi Rəhimli açıqlama verib.
O, bildirib ki, metro keçidlərindən qəzet yayımının yığışdırılması və son illər çap məhsullarının oxucu sayının minimuma enməsi vəziyyəti gərginləşdirib: “Birinci devalvasiyadan sonra isə fəaliyyətimizdə ciddi problemlər yarandı. Düz 3 ildir ki, gəlirsiz çap olunuruq. 2017-ci ildə isə ən tərəfsiz mətbu orqan olan “Qoroskop”un satışı hətta mətbəəyə olan borcu da bağlamağa imkan verməyib. Bu səbəbdən də yeni ildən fəaliyyətimizi dayandırmışıq”.