Jurnalistləri təhqir edən şəxs həbs edildi
Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq hoteldə istirahət edən zaman “İnstagram” hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.Bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat XidmətiTrend-ə faktı təsdiqləyib.