Gürcüstanın Azərbaycandakı Konsulluğu bu ölkədə qalan vətəndaşlarla bağlı açıqlama verdi – EKSKLÜZİV
Azərbaycanda qalan vətəndaşların Gürcüstana qayıtması ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq, Gürcüstanın Azərbaycandakı səfirliyinin Konsulluq xidməti ilə əlaqə saxladıq.24News.ge xəbər portalına Konsulluq xidməti bu günədək gətirilən vətəndaşlar barəsində həmçinin hazırda gedən proseslərlə bağlı açıqlama verdi.
Sözügedən açıqlamanı olduğu kimi aşağıda sizə təqdim edirik:
“Koronavirus pandemiyasının Azərbaycan Respublikasında yayılması baş verdikdən sonra, səfirlik fövqəladə rejimdə işləməyə başlayıb. Səfirliyin Konsulluq Xidmətinin qaynar xətti (+99450 2500710) Gürcüstan vətəndaşlarının Azərbaycandakı zənglərini 24 saat ərzində qəbul edir.
Qeyd edək ki, pandemiya yayıldıqdan sonra konsulluq öz fəaliyyətini müvəqqəti dayandırmışdı, lakin artıq 1 aydır ki, konsulluq fəaliyyətini bərpa edib və qəbula yenidən başlayıb, vətəndaşlarımıza hər gün səfirlikdən hüquqi, texniki və digər yardım almaq üçün məsafəli rejimdə də xidmət edirik.
Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarını tam məlumatlandırmaq üçün Səfirlik veb saytında və Facebook-da (Gürcüstan və Azərbaycan dillərində), COVID-19-ın Azərbaycanda yayılmasını tənzimləyən dövlət qurumunun son qərarını əks etdirən müvafiq materialları dərc edir.
Fevral ayından etibarən səfirlik ölkədə müvəqqəti yaşayan Gürcüstan vətəndaşlarına ərzaq bağlamaları, ev əşyaları, sanitariya-gigiyena əşyaları, o cümlədən Gürcüstanda hazırlanmış tibbi maskalarla, hətta lazım olduqda sığınacaqla da təmin edir. Bununla əlaqədar xüsusi ilə yaşlılara, yetkinlik yaşına çatmayanlara, hamilələrə və xroniki xəstəlikləri olan vətəndaşların birbaşa evlərinə lazımi humanitar yardımlar göndərilir.
Səfirlik heyəti tərəfindən az təminatlı və çoxuşaqlı ailələr xüsusi nəzarətdədir.
Koronavirus pandemiyasının Azərbaycanda yayıldığından bu yana, Səfirliyin işinin ən vacib istiqamətlərindən biri obyektiv vəziyyətə görə Gürcüstan vətəndaşlarının Azərbaycan Respublikasından ölkəmizə təhlükəsiz və mütəşəkkil qayıtması prosesini idarə etməkdir. Həmçinin xüsusi tədbirlər görülməlidir, çünki Gürcüstan və Azərbaycan arasındakı hava və dəmir yolu nəqliyyatı pandemiya səbəbiylə bağlanıb.
Diqqətə layiq haldır ki, Gürcüstana qayıtmaq istəyən vətəndaşların konsulluğa müraciət edilərkən müvafiq siyahını tərtib edərkən (bundan sonra bu siyahı bir sıra dövlət qurumlarına razılıq üçün təqdim olunur) bəzi kateqoriyalara, o cümlədən yaşlılara, yetkinlik yaşına çatmayanlara, hamilə qadınlara, xroniki xəstələrə, az təminatlı və çox uşaqlı ailələrə və qüsurlu şəxslərə üstünlük verilir.
Çətin vəziyyətə baxmayaraq, indiyədək Azərbaycan Respublikasının müvafiq dövlət strukturları ilə razılaşdırılmış və müqavilə əsasında Səfirlik və Gürcüstanın Baş Konsulluğu, ümumilikdə 730 vətəndaşın Gürcüstana qayıtması prosesini təşkil edib. Ən sonunda isə 150 Gürcüstan vətəndaşı olan bir qrup İyunun 29-da Bakıdan Gürcüstana göndərilib.
Bu mərhələdə Səfirlik və Baş Konsulluq, Gürcüstana qayıtmaq istəyən yeni bir qrup vətəndaşın qeydiyyatı prosesini davam etdirir”, – deyə Gürcüstanın Azərbaycandakı səfirliyinin Konsulluq xidməti xəbər portalımıza açıqlamasında qeyd edir.
Xatırladaq ki, Azərbaycan Respublikasında qalan ölkə vətəndaşlarımız yuxarıda göstərilən qaynar xətt nömrələri ilə əlaqə saxlaya bilərlər.