Bakıda boya fabrikində güclü yanğın başlayıb.Hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki “Sobsan” boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.