ManşetXəbər xətti

Ulu Türkün Qocatürk dühası….

“Tarix türklərdən bir çox şey öyrənmiş oldu.Onlar yüksək mədəniyyətin banisidirlər”-Hammer 1774- 1856 illərdə yaşamış Avtraliyalı tarixçi-diplomat.

“Çanaqqala döyüşündə biz qalib gələ bilmədik.Axı necə də bacara bilərdik bunu.Onlar kimi cəsarətli və qorxmaz ikinci bir millət görmədim”- Sir Julien Corbet  1854-1922 –ci illərdə yaşamış iqtisadçı, siyasətşi.

“Türklər ancaq və ancaq insanın şəxsiyyətinə dəyər verirlər”-Baron  Büsbek 1522 -1592-ci illərdə yaşamış fransalı diplomat.

 

“Biz türklərik, çadırımız göy qübbəsi” –fəlsəfəsini yer kürəsinə bəyan edən araşdırmaçı-alim Nərman Qocatürk maraqlı, heytrətamiz faktlarla zəngin kitabı oxuculara misilsiz töhfədir. Yaddaş və ruh həmayəngliyi, bir ulu millətin tarixi yaddaşına işıq saçmaq, bu işığın şöləsində bütün Türk dünyasını aydınlatmaq kimi müqəddəs missiya bir alim aliliyinin fövqündədir.

 

 

Dünya var olduqca zamanla milyonlarla ruh uca Rəbbimin gücünə, qüdrətinə sığındı. Tanrı elçisi peygəmbərlər, Tanrı övladı xaqanlar liderlik cübbəsində tarixin şanlı səhifələrinə sahib oldular. Və dünya tarixi böyük türk dünyasının Atilla, Bilgə Kağan, Tuğrul bəy, Alpaslan, Melik Şah, Sultan Bəyazit, Əmir Teymur, Çingiz Xan, Fatih Sultan Məhmət və daha başqa sultan, sərkərdələrinin şücaəti ilə şərəfləndi və zaman-zaman dünya alilərinin məhz bu dəyərlərin qılıncının parıltısında gözləri qamaşdı.

Qədim tarix və çağdaş zaman… Dünən və bu gün… Sabaha açılan üfüq… Həm də işıqlı üfüq…Və parlaq simalar… Nizami Gəncəvi, Xəqani, Əlişir Nəvai, Nəsimi, Fizuli, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Abbasqulu Bakıxanov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaşpıralı, Namiq Kəmal Atatürk, Ziya Gokalp, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov dühalarının tədqiqi və bu günün bir Azərbaycan əsərinin memarı Ulu Öndər Heydər Əliyev dühası  dəyərli alim nəzərində tamamilə fərli, yeni və geniş  aspektdən yanaşılır. Dünya dövlətlərini birləşdirən “Əsrin müqaviləsi, “İpək yolu” layihəsi, TRASEKA, TASİS proqramlarının həyata keçməsi, Bakı- Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və təbii qaz boru kəmərinin çəkilməsi, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, TÜRKSOY,Türk Yazıçılar Birliyinin qurulması, UNESCO-nun xətti ilə dünya dövlətlərində Mevlana, M. Fizulinin 500, Türk dünyasının müqəddəs kitabı “Kitabi Dədə Qorqud”un 1300 ildönümlərinin  keçirilməsi, dünya qüdrətli ölkələri, BM, Avropa Birliyi kimi hörmətli qurumlarda Azərbaycan bayrağının dalğalanması, Azərbaycanda Atatürk Araşdırmalar mərkəzinin qurulması 34 il Azərbaycanı məhz Onun – Ulu Öndər, dahi şəxsiyyət  Heydər Əliyevin böyük Zəkası və İradəsinin bariz nümunəsi Nəriman Qocatürk  ürəyinin qüdrəti  və qələminin gücü ilə tarixə qovuşur.

Bu gün dünya bir Azərbaycan  imzasını tanıyır. Milli-mənəvi dəyərlərimiz ən ali təqdimatda dünyaya təqdim olunur.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə milli-mənəvi dəyərlərimiz, muğamlarımız və digər qeyri-maddi irsin qorunub saxlanılaraq Azərbaycan möhürü ilə dünyaya tanıdılması dəyərlərin əmin əllərdə olmasını təsdiq edir. Bu gün Azərbaycan ünvanı dünya layihələrinə sinəsini meydan edir. Arenalar Azərbaycan imzası ilə təsdiqlənir. Və bu gün birlik, qardaşlıq, tolerantlıq, sivilizasiyanı, mədəniyyəti dialoqa səsləyən, humanizmi həyat tərzinə çevirən, türk dünyasının, Şərqin bir parçası olan Azərbaycan bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ev sahibliyi edir. “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir”, “Biz birlikdə güclüyük” çağırışı  quruma rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqlarının mənəvi birliyi üçün genişmiqyaslı layihələrin gerçəkləşməsinə töhfələr verir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” kimi dəyərli fikirləri  daha yeni bir əsərin meydana gəlməsinə səbəbdir.

“Biz türklərik, çadırımız göy qübbəsi” xitabı  tədqiqatçı-alim  Nərman Qocatürk araşdırmasında dərin qatları özündə ehtiva etməklə daha qiymətli məlumatlar toplusunu ərməgan edir.  Əsrlərin, qərinələrin  gərdişində vücudun hakimi ruh hər zaman bir gerçək axtarışındadır. Azadlığın ətrini duyan insan övladı  hüdudsuz  arzularla məhz bu azadlığa sonsuzadək sahib olmaq istəyir. Və bu azadlıq sevdası, milli kimlik xarakter olaraq bütün Türk millətini şanlı tarix yazmağa səbəb olub. Şimaldan cənuba, şərqdən qərbə sərhəd tanımayan Türk xaqanlarının torpaq kimi bizə qalan mirası şağdaş tariximizin də aktual mövzusu kimi yaşanır.

Soyumuz, ruhumuzun Turan qüdrəti və Quran müqəddəsliyi Dədə Qorqud qəlbinin çırpıntısından rövnəqlənən, nəfəsindən süzülüb yolumuza üfürülən:

Kəbə ağacınız kəsilməsin,

Axar suyunuz qurumasın- alğışı bu tədqiqata çoxsaylı oxucuya xeyir-duasını verir.

Bu günədək Tanrı sevgisindən güc alan , Vətən duyğusundan ilhamlanan Nərman Qocatürk imzası “Hirslənmiş Tanrının çöl qurdları” , “Türkün yaddaş kitabı”, “İlham Əliyev: İpək yolu  sivilizasiyası və  Azərbaycan diplomatiyası”, “Dönüb bir mənə bax”, “Pıçıltı”, “İslam mədəniyyətində sufizm”, “Dönüb boylan mənə sarı”,”Xızır əleyhissəlam:Türkün ağ atlı oğlanı”, Mifik təfəkkür və etnik təşəkkül: türk mifoloji mətnlərinə fəlsəfi baxış”, “Hızır Aleyhisselam”, “İslam mədəniyyəti tarixi və müasirlik”  kitablarında ruha qanad vermişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Azərbaycan Sahibkarlar Konfederasiyası kimi türk adına güclü siyasi-iqtisadi təşkilatların rəyi ilə mənəvi dəyərlərimizin tədqiqi, təbliği istiqamətində bir çox ilklərə imza atan “Turanbank”ın “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində Nərman Qocatürkün bu günlərdə İstanbulda türk dilində işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi̇” adlı kitabı isə oxuculara və tarixə misilsiz töhfədir.

 

Fəxriyyə Lilpar İsayeva, telejurnalist