583, 395 və 7 – Virusla bağlı bu günə olan STATİSTİKA
Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.
İndiyədək 235 nəfər bu virusdan dünyasını dəyişib, 10 820 nəfər sağalıb. Hazırda 59 nəfər süni tənəffüs aparatına qoşulub.
Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.