ManşetXəbər xətti

Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.Bu barədə Aktor.Az – a “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda deyilir

O cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik əsasında həyata keçiriləcək.

Əlavə məlumat üçün:

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi
Natəvan Bayramovaya müraciət edə bilərsiniz:

055 698 18 36
012 499 42 56
n.bayramova@ady.az